Audiovizual əsərin müəllifi kimdir?
6. Audiovizual əsərin müəllifi kimdir?
Cavab: Audiovizual əsərin müəllifləri
(şərikli müəllifləri) aşağıdakılardır:
- quruluşcu rejissor;
- ssenari müəllifi;
- quruluşcu rəssam;
- quruluşcu operator;
- xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin (mətnli, yaxud mətnsiz) müəllifi (bəstəkar).
Əvəllər yaradılmış, yenidən işlənmiş və ya audiovizual əsərin tərkibinə hissə kimi daxil edilmiş əsərin müəllifi də audiovizual əsərin şərik müəllifi sayılır.
(Müəlliflik hüququları və əlaqəli hüquqlar haqqında» qanunundan çıxarış)
Diqqət!
Əgər audiovizual əsər üzrə ssenaristin, operatorun, rəssamın və bəstəkarın müəllif hüquqları hər birinin yaratdığı konkret obyektdirsə, yəni ssenaristin-ssenari, operatorun filmin təsviri, rəssamın dekor və kostyumların eskizi, bəstəkarın xüsusi ilə audiovizual əsərə yazdığı musiqisi, rejissorunun müəllif hüququ obyekti isə yaradılmış filmdir.