Hansı əsərlər müəllif hüququnun obyektləri ola bilməzlər?
9. Hansı əsərlər müəllif hüququnun
obyektləri ola bilməzlər?
Cavab: Müəlliflik hüququnun obyekti olmayan əsərlər aşağıdakılardır.
Aşağıdakılar müəlliflik hüququnun obyektləri deyildir:
a) rəsmi sənədlər (qanunlar, məhkəmə qərarları, qanunvericilik, inzibati və məhkəmə xarakterli digər mətnlər), həmçinin onların rəsmi tərcümələri;
b) dövlət rəmzləri və nişanları (bayraqlar, gerblər, himnlər, ordenlər, pul nişanları, digər dövlət rəmzləri və nişanları);
v) xalq yaradıcılığı əsərləri;
q) hadisələr və faktlar haqqında informasiya xarakterli mə`lumatlar.
(«Müəlliflik hüququları və əlaqəli hüquqlar haqqında» qanunundan çıxarış)