2020 

 

Xoş arzularla yubilyarları

TƏBRİK EDİRİK!

 

 85 illik yubileyi ilə:  

Rejissor
Ziyafət Abbasov
29.09.1935 

80 illik yubileyi ilə: 

Bəstəkar
Ruhəngiz Qasımova
12.07.1940
 

80 illik yubileyi ilə: 

Rejissor
Vasif Babayev
16.09.1940
 

  75 illik yubileyi ilə:  

Rejissor
Elxan Qasımov
24.04.1945
 

 75 illik yubileyi ilə:  

 
Rejissor
Hüseyn Mehdiyev
19.03.1945

75 illik yubileyi ilə: 

  
Rejissor
Məhərrəm Bədirzadə
13.01.1945

 70 illik yubileyi ilə: 

  

Bəstəkar
Cavanşir Quıliyev
22.11.1950

65 illik yubileyi ilə:

  
Rəssam
Əziz Məmmədov
12.02.1955

65 illik yubileyi ilə: 

Rejissor, operator
İsrafil Ağazadə
26.03.1955 

60 illik yubileyi ilə: 

Rejissor, Ssenarist
Ayaz Salayev
01.08.1960 

 60 illik yubileyi ilə: 

Rejissor
Rüfət Əsədov
30.08.1960 

60 illik yubileyi ilə:  

Rejissor
Şamil Əliyev
26.06.1960

 

60 illik yubileyi ilə:  

Rejissor, ssenarist, rəssam
Şamil Nəcəfzadə
13.11.1960

55 illik yubileyi ilə:

Rejissor
Çingiz Həsənov
21.04.1965

45 illik yubileyi ilə: 

Operator
Elşən Əliyev
31.07.1975

45 illik yubileyi ilə: 

Rejissor
Elşən Zeynallı
19.01.1975

45 illik yubileyi ilə: 

Rejissor
İlqar Nəcəf
02.03.1975

45 illik yubileyi ilə: 

Rejissor
Tahir Əliyev 
28.04.1975

  

 

 

   YADDAŞIMIZ! 

  
 
Operator 
Əsgər İsmayılov
 
 
1905
 
115  
  

Rejissor
Hüseyn Seyidzadə
   
   
1910 

 110  


 
 Rejissor
Adil İskəndərov
 

     
              
1910
 
 
 
 
 
 
 
 
 
110   

Rejissor 
Həsən Seyidbəyli
 
 
1920
     100
   
 
 

 
Rejissor 
Lətif Səfərov
 
 
1920
     100
    
  
 

 
Operator 
Teyyub Axundov
 
 
1920
     100
    
  
 

Rejissor 
Maqsud İbrahimbəyov
 
 
1935
  85
 
 

 
Bəstəkar 
Xəyyam Mirzəzadə
 
 
1935
     85
    
  
 

Rejissor 
Davud İmanov
 
 
1945
     75
    
 
 

 
Operator, Rejisor 
Valeri Kərimov
 
 
1945
     75
    
  
 

Rejissor, ssenarist 
Nicat Feyzullayev
 
 
1945
     75
    
  
 

Rejissor   
 
Nazim Məmmədov
 
 
1960
     60
    
  
İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya (Roma 1961)

İfaçıların, fonoqram istehsalçılarının
və yayım təşkilatlarının hüquqlarının
qorunması haqqında Beynəlxalq Konvensiya

(Roma 1961)

Razılaşan dövlətlər ifaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının müdafiəsini arzu edərək, Aşağıdakılar haqqında razılığa gəlmişlər:

Maddə 1

Bu Konvensiya ilə təqdim olunan qorunma ədəbi və bədii əsərlərə müəlliflik hüquqlarının qorunmasına toxunmur və heç bir zərər vurmur. Buna uyğun olaraq, bu Konvensiyanın müddəalarından heç birinin belə qorunmaya zərər vuran kimi şərh edilməsi yolverilməzdir.

Maddə 2
1. Bu Konvensiyanın məqsədləri üçün Milli rejim qorunma tələb olunan Razılaşan dövlətin daxili qanunvericiliyi  ilə verilən hüquqi rejimdir:

a) öz vətəndaşları olan ifaçıların onun ərazisində həyata keçirilən  ifalarına, onların efirlə yayımına və ya ilkin yazılmasına münasibətdə;

b) öz vətəndaşları olan fonoqram istehsalçılarının onun ərazisində ilk dəfə yazılmış və ya ilk dəfə dərc edilmiş fonoqramlarına münasibətdə;

c) mənzil gərargahları onun ərazisində yerləşən yayım təşkilatlarının bu ərazidə yerləşən ötürücülərin köməyi ilə həyata keçirilən efir verilişlərinə münasibətdə.

2. Milli rejim xüsusi təminat verilən qorunmaya uyğun olaraq və bu Konvensiyada xüsusi qeyd olunmuş məhdudiyyətlər nəzərə alınmaqla tətbiq olunur.

Maddə 3
Bu Konvensiyanın məqsədləri üçün:

(a) «ifaçılar» rol oynayan, oxuyan, qiraət edən, deklamasiya deyən və ya  hər hansı digər tərzdə ədəbi və ya bədii əsərlərin ifasında iştirak edən aktyor, müğənni, musiqiçi, rəqqas və ya digər şəxslərdir.

(b) «fonoqram» hər hansı ifanın və ya digər səslərin istənilən formada müstəsna olaraq  səsli yazılmasıdır;

(c) «fonoqram istehsalçısı» ifanın və ya digər səslərin səsli yazılmasını ilk dəfə həyata keçirən fiziki və ya hüquqi şəxsdir;

(d) «dərc edilmə» fonoqram nüsxələrinin kifayət sayda kütləyə təqdim olunmasıdır;

(e) «surətçıxarma» kütlənin naqilsiz vasitələrlə qəbul etməsi üçün yazılmanın bir və ya bir neçə nüsxəsinin hazırlanmasıdır;

«f) «efir verilişi» səslərin, yaxud təsvir və səslərin əhalinin qəbul etməsi üçün naqilsiz vasitələrlə ötürülməsidir;»

(g) «retranslyasiya» yayım təşkilatlarının verilişinin başqa yayım təşkilatı tərəfindən eyni vaxtda efirlə verilməsidir.

Maddə 4
Razılaşan hər bir dövlət  aşağıdakı şərtlərdən birinə riayət etməklə ifaçılara milli rejim tətbiq edir:

a) ifa digər Razılaşan dövlətdə olmuşdur;

b) ifa bu Konvensiyanın 5-ci Maddəsinə uyğun olaraq qorunan fonoqrama daxil edilmişdir;

c) ifa fonoqrama yazılmaqdan əvvəl bu Konvensiyanın 6-cı Maddəsinə uyğun olaraq qorunan efir verilişi vasitəsilə yayımlanır.

 

Maddə 5
1. Hər bir Razılaşan dövlət aşağıdakı şərtlərdən birinə riayət etməklə fonoqram istehsalçılarına milli rejim təqdim edir:

(a) fonoqram istehsalçısı digər Razılaşan dövlətin vətəndaşıdır (istehsalçının vətəndaşlığı meyarı);

(b) səsin ilkin yazılması digər Razılaşan dövlətdə həyata keçirilib (ilkin yazılma yeri meyarı);

(c) fonoqram ilk dəfə digər Razılaşan dövlətdə dərc edilib (ilkin dərc edilmə yeri meyarı).

2. Əgər fonoqram bu Konvensiyanın üzvü olmayan dövlətdə ilk dəfə dərc edilibsə, lakin əgər onun ilkin dərc edilmə günündən otuz gün müddətində Razılaşan dövlətdə də dərc edilibsə (eyni vaxtda dərc edilmə), onda  Razılaşan dövlətdə də ilk dəfə dərc edilmiş sayılır.

3. Hər bir Razılaşan dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildiriş göndərməkilə bəyan edə bilər ki, o, ilkin dərc edilmə yeri meyarını və ya alternativ olaraq ilkin yazılma yeri meyarını tətbiq etməyəcək. Belə bildiriş ratifikasiya fərmanının, qəbul edilmək haqqında sənədin və ya qoşulmaq barədə aktın saxlanılmağa  verildiyi zaman və ya  daha gec vaxtda verilə bilər; sonuncu halda bildiriş onun saxlanılmağa  verildiyi vaxtdan altı ay sonra qüvvəyə minir.

Maddə 6
1. Hər bir Razılaşan dövlət aşağıdakı şərtlərdən birinə riayət etməklə  yayım təşkilatına milli rejim təqdim edir:

(a) yayım təşkilatının mənzil qərargahı digər Razılaşan dövlətdə yerləşir;

(b) efir verilişi digər Razılaşan dövlətdə yerləşmiş ötürücünün köməyi ilə həyata keçirilir.

2. Hər bir Razılaşan dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildiriş göndərməklə bəyan edə bilər ki, o, efir verilişinin qorunmasını, əgər yayım təşkilatının mənzil qərargahı digər Razılaşan dövlətin  ərazisində yerləşirsə və bu veriliş Razılaşan həmin dövlətdə yerləşmiş ötrünün köməyilə həyata keçirilirsə, o halda həyata keçirəcək. Belə bildiriş ratifikasiya fərmanının, qəbul edilmək haqqında sənədin və ya qoşulmaq barədə aktın saxlanılmağa verildiyi zaman və ya hər hansı daha gec vaxtda verilə bilər, son halda bildiriş onun saxlanılmağa  verildiyi vaxtdan altı ay keçəndən sonra qüvvəyə minir.

Maddə 7
1. İfaçılara bu Konvensiyaya uyğun təqdim edilən qorunma aşağıdakılara icazə verməmək imkanını özünə daxil edir:

a)  efirə verilməsi, yaxud kütləvi bildiriş üçün istifadə olunan ifanın artıq efirə verildiyi və ya yazılmasının istifadəsilə həyata keçirildiyi hallar istisna olmaqla, onların ifasının razılıq alınmadan efirə verilməsi, yaxud kütləvi bildiriş üçün həyata keçirilməsi;

b) yazılmamış ifanın onların razılığı olmadan yazılmasının həyata keçirilməsi;

c) ifanın yazılmasının onların razılığı olmadan surətçıxarılması:

(i)  əgər ilkin yazılma özü onların razılığı olmadan həyata keçirilibsə;

(ii) əgər surətçıxarma ifaçıların  razılıq verdiyi yox, digər məqsədlərlə həyata keçirilirsə;

(iii) əgər ilkin yazılma 15-ci Maddənin müddəalarına uyğun həyata keçirilibsə, lakin surətçıxarma bu müddəalarda göstərilənlərdən başqa məqsədlərlə həyata keçirilirsə;

2. (1) Əgər veriliş efirə ifaçıların razılığı ilə verilərsə, onda  retranslyasiyaya, yazılmanın efirə verilmə məqsədilə həyata keçirilməsinə və ya bu yazılmanın efirə verilmə məqsədilə surətçıxarılmasına münasibətdə qorunma tələb olunan Razılaşan dövlətin daxili qanunvericiliyi ilə təmzimlənir.

(2) Yayım təşkilatlarının efirə verilməsi məqsədilə həyata keçirdikləri yazılmlarının istifadəsini tənzimləyən qaydalar və şərtlər qorunma  tələb olunan Razılaşan dövlətin daxili qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

(3) Bununla birlikdə bu bəndin (1) və (2) yarımbəndlərində qeyd edilən daxili qanunvericilik ifaçıları onların yayım təşkilatları ilə müqavilə üzrə münasibətlərinə nəzarət imkanından məhrum etməməlidir.

Maddə 8
Əgər eyni ifada bir neçə ifaçı iştirak edirsə, hər bir Razılaşan dövlət öz daxili qanunvericiliyində və qaydalarında ifaçıların öz hüquqlarını həyata keçirmələri ilə bağlı hansı tərzdə təqdim olunmasını qabaqcadan şərt qoya bilər.

Maddə 9
Razılaşan hər bir dövlət daxili qanunvericiliyin və qaydaların qəbul edilməsi ilə bu Konvensiyanın təqdim etdiyi qorunmanı ədəbi və ya bədii əsərləri ifa etməyən artistlərə də şamil edə bilər.

Maddə 10
Fonoqram istehsalçıları öz fonoqramlarının birbaşa və ya dolayısı yolla surətçıxarılmasına  icazə vermək və ya qadağa qoymaq hüququna malikdirlər.

Maddə 11
Əgər Razılaşan dövlətin milli qanunvericiliyi fonoqram istehsalçılarına və ya ifaçılara, yaxud hər iki kateqoriyaya hüquqi qorunmanın təqdim edilməsi şərti kimi müəyyən rəsmiyyətçiliklərə əməl edilməsini tələb edirsə, bu rəsmiyyətçiliklər o halda yerinə yetirilmiş sayılır ki, dərc edilmiş fonoqramın satışda olan bütün nüsxələrində və ya onların qutusunda P işarəsi qoyulub, onun  ardınca ilkin dərc edilmə tarixi göstərilməli  və bu elə tərzdə yerləşdirilməlidir ki, fonoqramın qorunması haqqında aydın təsəvvürü təmin etsin; əgər nüsxələr və ya onların  qutusu fonoqram istehsalıçısını və ya lisenziya sahibini  (onun adının, əmtəə nişanının və ya digər tələb olunan işarələrin göstərilməsi yolu ilə) göstərmirsə, onda  həm də fonoqram istehsalçısı hüquqlarının sahibinin adı da qeyd olunur; və bundan başqa nüsxələr və ya onların qoyulduğu qutu əsas ifaçıları göstərmirsə, onda bu qeyddə həm də yazılma həyata keçirilən ölkədə həmin ifaçıların hüquqlarının sahibi olan şəxsin də adı göstərilməlidir.

Maddə 12
Əgər kommersiya məqsədləri üçün dərc edilmiş fonoqram və ya belə fonoqramın surətçıxarılması birbaşa efirə verilməsi və ya kütləyə çatdırılması məqsədi ilə hər hansı üsulla bildiriliş üçün istifadə edilirsə, onda İstifadəçi ifaçılara və ya fonoqram istehsalçılarına, yaxud hüquq sahiblərinin hər ikisinə birdəfəlik ədalətli haqq ödəyir.

Həmin tərəflər arasında razılığın olmadığı halda bu haqqın bölünməsi şərtləri daxili qanunvericiliklə müəyyən edilə bilər.

Maddə 13
Yayım təşkilatları icazə vermək və ya qadağan etmək hüququna malikdirlər:

(a) öz verilişlərinin efirlə retranslyasiyasına;

(b) öz verilişlərinin yazılmasına;

(c) surətçıxarılmasına:

(i) onların razılığı olmadan hazırlanmış öz efir verilişlərinin  yazılmasına;

(ii) əgər surətçıxarma bu müddəalarda  göstərilənlərdən başqa məqsədlərlə həyata keçirilibsə, 15-ci Maddənin müddəalarına uyğun hazırlanmış öz efir verilişlərinin yazılmasına;

(d) özünün televiziya verilişlərinin kütləvi bildiriş üçün verilməsi, əgər belə veriliş giriş haqqı ödənilməklə kütlə üçün açıq olan yerlərdə həyata keçirilirsə; onun həyata keçirilməsi şərtlərinin müəyyən edilməsi bu hüququn qorunması tələb olunan dövlətin daxili qanunvericiliyi ilə tənzimlənir.

Maddə 14
Bu Konvensiyaya uyğun təqdim edilən qorunma müddəti ilin sonundan hesablanmaqla 20 ildən az deyildir, əgər həmin ildə:

(a)  fonoqramların və onlara daxil edilmiş ifaların yazılması həyata keçirilibsə;

(b)  fonoqramlara daxil edilməyən ifalar olubsa;

(c)  efirlə verilibsə.

Maddə 15
1. Hər bir Razılaşan dövlət özünün daxili qanunvericiliyində və qaydalarında bu Konvensiya ilə təminat verilən qorunmaya münasibətdə aşağıdakılara istisnalar nəzərdə tuta bilər:

a) şəxsi məqsədlər üçün istifadə;

b) cari hadisələr haqqında məlumatlandırma məqsədi ilə qısa  parçaların istifadəsi;

(c) özünün avadanlığında və özünün verilişləri üçün yayım təşkilatının həyata keçirdiyi qısamüddətli səsli yazılması;

(d) yalnız tədris və ya elmi-tədqiqat məqsədləri üçün  istifadə.

2. Bu Maddənin 1-ci bəndindən asılı olmayaraq, hər hansı Razılaşan dövlət öz daxili qanunvericiliyində və qaydalarında ədəbi və bədii əsərlərə müəllif hüququnun qorunmasına münasibətdə nəzərdə tutulmuş məhdudiyyətləri eyni ilə daxili qanunvericiliyində və qaydalarında ifaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunmasına münasibətdə nəzərdə tuta bilər.  Bununla birlikdə məcburi lisenziyaların verilməsi ancaq bu Konvensiyanın müddəalarına uyğun həcmdə nəzərdə tutula bilər.

Maddə 16
1. Hər hansı dövlət bu Konvensiyanın üzvü olmaqla, ondan irəli gələn bütün öhdəlikləri öz üzərinə götürür və ondan irəli gələn bütün imtiyazlardan istifadə edir. Lakin hər hansı vaxtda o, Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildiriş göndərməklə  bəyan edə bilər ki:

(a) o, 12-ci Maddəyə münasibətdə:

(i) bu Maddənin müddəalarını tətbiq etməyəcək;

(ii) bu Maddənin müddəalarını müəyyən istifadə növlərinə münasibətdə tətbiq etməyəcək;

(iii) istehsalçısı digər Razılaşan dövlətin vətəndaşı olmayan fonoqramlara münasibətdə bu Maddəni tətbiq etməyəcək;

(iv) istehsalçısı digər Razılaşan dövlətin vətəndaşı olan fonoqrama münasibətdə bu Maddəyə uyğun olaraq təqdim edilən qorunmanı həmin dövlətin müvafiq bəyanatı vermiş dövlətin vətəndaşının ilk dəfə yazdığı  fonoqrama təqdim olunan qorunmanı məhdudlaşdırdığı həcmdə və müddətə məhdudlaşdırır, bununla birlikdə fonoqram istehsalçısının vətəndaşı olduğu Razılaşan dövlətin,  həm də bəyanat vermiş dövlətin həmin benefisara və ya benefisarlara qorunma təqdim etməməsi faktına qorunmanın həcminə təsir göstərən amil kimi baxılmır.

(b) 13-cü Maddənin (d) bəndini tətbiq etməyəcək; Razılaşan dövlət belə bəyanat verərsə, onda digər Razılaşan dövlətlər mənzil-qərargahları bu dövlətdə olan yayım təşkilatlarına 1-ci Maddənin (d) bəndində nəzərdə tutulan hüquqları təqdim etməyəcəklər.

2. Əgər bu Maddənin 1-ci bəndində qeyd edilən bildiriş ratifikasiya fərmanının, qəbul edilmək haqqında sənədin və ya qoşulmaq barədə aktın saxlanılmağa verildiyi tarixdən sonra edilibsə,  onun saxlannılmağa verildiyi tarixdən altı ay sonra qüvvəyə minir.

Maddə 17
Hər hansı dövlət  1961-ci il 26 oktyabr tarixinə olan vəziyyətə fonoqram istehsalçılarına yalnız ilkin yazılma yeri meyarı əsasında qorunma təqdim edirsə, ratifikasiya fərmanının, qəbul edilmək haqqında sənədin və ya qoşulmaq barədə aktın saxlanılmağa verildiyi vaxt Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə ünvanlanmış bildirişdə bəyan edə bilər ki, 5-ci Maddənin məqsədləri üçün o, ancaq ilkin yazılma yeri meyarlarını, 16-cı Maddənin 1 (a) (iii) və (iv) bəndinin məqsədləri üçün isə istehsalçının vətəndaşlıq meyarları əvəzinə ilkin yazılma yeri meyarını tətbiq edəcək.

Maddə 18
5-ci Maddənin 3-cü bəndinə, 6-cı Maddənin 2-ci bəndinə, 16-cı Maddənin 1-ci bəndinə və ya 17-ci Maddəyə uyğun olaraq bildiriş göndərmiş hər hansı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə sonradan göndərilmiş bildirişlə onun fəaliyyətini məhdudlaşdıra və ya geri çağıra bilər.

Maddə 19
Əgər ifaçı öz ifasının təsvirlərinin yazılmasına və ya audiovizual yazılmaya daxil edilməsinə icazə veribsə, bu Konvensiyanın müddəaları nəzərə alınmadan 7-ci Maddənin tətbiqi dayandırılır.

Maddə 20
1. Bu Konvensiya hər hansı Razılaşan dövlətdə bu Konvensiyanın həmin dövlətə münasibətdə qüvvəyə minməsi tarixinədək alınmış hüquqları məhdudlaşdırmır.

2. Heç bir Razılaşan dövlət bu Konvensiyanın həmin dövlətə münasibətdə qüvvəyə minməsi tarixinədək ilkin yazılması həyata keçirilmiş ifalara, efir verilişlərinə və ya fonoqramlara bu Konvensiyanın müddəalarını tətbiq etməyə borclu deyil.

Maddə 21
Bu Konvensiya ilə təqdim edilən qorunma ifaçılara, fonoqram istehsalçılarına və ya yayım təşkilatlarına təqdim edilən hər hansı digər qorunmaya zərər vurmur.

Maddə 22
Razılaşan dövlətlər öz aralarında xüsusi sazişlər bağlamaq hüququnu saxlayırlar, çünki  belə sazişlər ifaçılara, fonoqram istehsalçılarına və ya yayım təşkilatlarına bu Konvensiya ilə təqdim ediləndən daha geniş hüquqların təqdim edilməsini nəzərdə tutur, yaxud bu Konvensiyaya zidd olmayan digər müddəaları özündə əks etdirir.

Maddə 23
Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə  saxlanılmağa verilir. O, ifaçıların, fonoqram istehsalçıların və yayım təşkilatların hüquqlarının beynəlxalq qorunmasına aid Diplomatik konfransda iştirak etmək üçün dəvət edilmiş Müəllif hüququ haqqında Ümumdünya Konvensiyanın və ya Ədəbi və bədii əsərlərin qorunması haqqında Beynəlxalq ittifaqın üzvü olan hər hansı dövlət üçün 1962-ci il 30 iyun tarixinədək imzalanmağa açıqdır.

Maddə 24
1. Bu Konvensiya onu imzalamış dövlətlər tərəfindən ratifikasiya olunmalı və ya qəbul edilməlidir.

2. Bu Konvensiya Konfransda iştirak etmək üçün dəvət olunan 23-cü Maddədə qeyd edilən hər hansı dövlətin və Birləşmiş Millətlər Təşkilatının üzvü olan hər bir dövlətin qoşulması üçün o şərtlə açıqdır ki, hər iki halda həmin dövlət Müəllif hüququ haqqında Ümumdünya Konvensiyasının iştirakçısıdır və ya Ədəbi və bədii əsərlərin qorunması üzrə Beynəlxalq ittifaqın üzvüdür.

3. Ratifikasiya fərmanları, qəbul edilmək haqqında sənədlər və ya qoşulmaq barədə aktlar Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə saxlanılmağa verilir.

Maddə 25
1. Bu Konvensiya altıncı ratifikasiya fərmanının, qəbul edilmək haqqında sənədin və ya qoşulmaq barədə aktın saxlanılmağa verildiyi tarixdən üç ay sonra qüvvəyə minir.

2. Gələcəkdə bu Konvensiya hər bir dövlətə münasibətdə onun ratifikasiya fərmanının, qəbul edilmək haqqında sənədinin və ya qoşulmaq barədə aktınının saxlanılmağa verildiyi tarixdən üç  ay sonra qüvvəyə minir.

Maddə 26
1. Hər bir Razılaşan dövlət bu Konvensiyanın tətbiq edilməsinin təmin edilməsi üçün  özünün Konstitusiyasına uyğun zəruri tədbirlər görülməsini öhdəsinə götürür.

2. Hər bir dövlət özünün ratifikasiya fərmanının, qəbul edilmək haqqında sənədinin və ya qoşulmaq barədə aktının saxlanılmağa verildiyi vaxta özünün daxili qanunvericiliyinə uyğun olaraq bu Konvensiyanın müddəalarını həyata keçirmək imkanına malik olmalıdır.

Maddə 27
1. Hər bir dövlət ratifikasiya, qəbul edilməsi və ya qoşulması zamanı və ya hər hansı başqa vaxt Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə ünvanlanmış bildirişlə bəyan edə bilər ki, bu Konvensiya beynəlxalq məsələlərinə görə onun məsuliyyət daşıdığı bütün ərazilərə və ya ərazilərdən hər hansı birinə o şərtlə tətbiq edilir ki, bu ərazilərə Müəllif hüququ haqqında Ümumdünya Konvensiyanın və ya Ədəbi və bədii əsərlərin qorunması haqqında Beynəlxalq Konvensiyanın fəaliyyəti şamil edilir. Bu bildiriş alındığı vaxdan üç ay sonra qüvvəyə minir.

2. 5-ci Maddənin 3-cü bəndində, 6-cı Maddənin 2-ci bəndində, 16-cı Maddənin 2-ci bəndində,  17 və 18-ci Maddələrdə qeyd olunan bildirişlər bu Maddənin 1-ci bəndində qeyd edilən ərazilərin hamısına və ya onlardan birinə şamil edilə bilər.

Maddə 28
Razılaşan hər bir dövlət öz adından, yaxud 27-ci Maddədə qeyd edilən ərazilərdən  birinin və ya hamısının adından bu Konvensiyanı etibarsız elan edə bilər.
Etibarsız elan etmə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin adına göndərilmiş bildiriş vasitəsi ilə həyata keçirilir və bildiriş alınan vaxtdan on iki ay sonra qüvvəyə minir.
Etibarsız elan etmə hüququ Razılaşan dövlətin bu Konvensiyanın həmin dövlətə münasibətdə qüvvəyə mindiyi vaxtdan beş il keçənə qədər həyata keçirilə bilməz.
Razılaşan dövlət Müəllif hüququ haqqında Ümumdünya Konvensiyasında iştirakının və ya Ədəbi və bədii əsərlərin qorunması haqqında Beynəlxalq ittifaqda iştirakının dayandırılması ilə  bu Konvensiyada üzvlüyünü dayandırır.
27-ci Maddədə qeyd olunan ərazilərdən hər hansı birinə Müəllif hüququ haqqında Ümumdünya Konvensiyasının və ya Ədəbi və bədii əsərlərin qorunması haqqında Beynəlxalq Konvensiyanın tətbiq edilmə faktının dayandırılması ilə bu Konvensiyanın həmin ərazidə tətbiqi dayandırılır.

Maddə 29
1. Bu Konvensiyanın qüvvəyə minməsindən beş il keçəndən sonra hər bir Razılaşan dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə ünvanlanmış bildiriş vasitəsi ilə Konvensiyaya yenidən baxılması  üçün konfransın çağırılmasını xahiş edə bilər. Baş Katib Razılaşan bütün dövlətləri belə xahiş haqqında xəbərdar edir. Əgər Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin bildirişindən sonra altı ay müddətində Razılaşan dövlətlərin yarısından az olmamaqla bu xahişin dəstəklənməsi barədə ona məlumat verərlərsə, Baş Katib Beynəlxalq əmək Bürosunun Baş direktoruna, Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə Baş direktoruna və Ədəbi və bədii əsərlərin qorunması haqqında Beynəlxalq ittifaqın Bürosunun Direktoruna bu haqda məlumat verir, onlar 32-ci Maddədə nəzərdə tutulmuş Hökumətlərarası Komitə ilə əməkdaşlıqda bu Konvensiyanın yenidən baxılması üçün Konfrans çağırırlar.

2. Bu Konvensiyaya hər hansı yenidən baxılmanın qəbul edilməsi yenidən baxılma üzrə konfransda iştirak edən dövlətlərin üçdə ikisinin səs çoxluğunu  tələb edir, həm də o şərtlə ki, qeyd olunan çoxluq yenidən baxılma üzrə Konfrans keçirilən tarixə Konvensiyanın üzvü olan dövlətlərin üçdə ikisini təmsil edirlər.

3.  Bu Konvensiyanı tam və ya qismən dəyişdirən Konvensiyanın qəbul edildiyi halda və əgər yenidən baxılmış Konvensiyada başqa hal nəzərdə tutulmayıbsa:
(a) Bu Konvensiyanın yenidən baxılmış Konvensiya qüvvəyə mindiyi vaxtdan ratifikasiya, qəbul edilmə və ya qoşulmaq üçün açıq olması dayandırılır;

(b) Bu Konvensiya yenidən baxılmış Konvensiyanın üzvü olmayanlar arasında və ya onların həmin Konvensiyaya qoşulan dövlətlərlə münasibətlərində qüvvədə qalır.

Maddə 30
İki və ya bir neçə Razılaşan dövlət arasında bu Konvensiyanın şərh edilməsi və ya tətbiq edilməsinə aid yaranan və danışıqlar yolu ilə tənzimlənməyən hər hansı mübahisə tərəflərdən birinin tələbi ilə, əgər maraqlı dövlətlər mübahisənin həllinin digər qaydası haqqında razılığa gəlməsələr Beynəlxalq məhkəməyə verilir.

Maddə 31
5-ci Maddənin  3-cü bəndinin, 6-cı Maddənin 2-ci bəndinin, 16-cı Maddənin 1-ci bəndinin və 17-ci Maddənin müddəalarına zərər vurulmamaqla bu Konvensiyaya heç bir qeyd-şərt edilməsinə yol verilmir.

Maddə 32.
1.  Hökumətlərarası Komitə təsis edilir, onun vəzifəsinə daxildir:

(a) bu Konvensiyanın tətbiq edilməsinə və fəaliyyətinə aid olan məsələləri öyrənmək; və

(b) bu Konvensiyanın yenidən baxılması üçün mümkün olan təklifləri yığmaq və sənədlər hazırlamaq;

2. Komitə tələb olunan ədalətli coğrafi bölgü prinsipi əsasında seçilməsi həyata keçirilmiş Razılaşan dövlətlərin nümayəndələrindən ibarətdir. Əgər Razılaşan dövlətlərin sayı on iki və ya ondan azdırsa, Komitə altı üzvdən, əgər Razılaşan dövlətlərin sayı on üçdən on səkkizə qədərdirsə, Komitə doqquz üzvdən, əgər Razılaşan dövlətlərin sayı on səkkizdən çoxdursa, Komitə üzvləri on iki nəfərdən ibarət olur.

3. Komitə Konvensiya qüvvəyə minəndən on iki ay keçəndən sonra Beynəlxalq əmək Bürosunun baş direktorunun, Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə Baş direktorunun və Ədəbi və bədii əsərlərin qorunması haqqında Beynəlxalq ittifaqın Bürosunun Direktorunun Razılaşan dövlətlərin əksər çoxluğunun əvvəlcədən bəyəndiyi qaydalara uyğun olaraq, təşkil etdikləri hərəsinin bir səsi olan Razılaşan dövlətlər sırasından seçki keçirilməsi ilə təsis edilir.

 4. Komitə sədri və vəzifəli şəxsləri seçir. O, prosedur qaydalarını, o cümlədən Komitənin gələcək funksiyalarını və onun tərkibinin dəyişdirilməsini müəyyən  edən qaydaları qəbul edir; bu qaydalar həmçinin müxtəlif Razılaşan dövlətlərin Komitədə üzvülüyünün növbəliliyini təmin etməlidir.

5. Komitənin Katibliyi üç təşkilatın: Beynəlxalq əmək Bürosunun, Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatının və Ədəbi və bədii əsərlərin qorunması haqqında Beynəlxalq ittifaqın Bürosunun müvafiq olaraq iki Baş direktoru və Direktoru tərəfindən təyin edilmiş əməkdaşlarından ibarətdir.

1. Komitənin iclasları, onun üzvlərindən çoxu bunu məqsədəuyğun hesab edərlərsə, hər dəfə növbə ilə Beynəlxalq əmək Bürosunun, Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatının, Ədəbi və bədii əsərlərin qorunması haqqında Beynəlxalq ittifaqın Bürosunun mənzil qərargahlarında keçirilir.

2.   Komitə üzvlərinin xərclərini müvafiq hökumətlər ödəyir.

Maddə 33
1. Bu Konvensiya ingilis, fransız və ispan dillərində tərtib edilib,  bütün mətnlər tam audentikdir.

2. Bu Konvensiyanın rəsmi mətnləri həmçinin alman, italyan və portuqal dillərində hazırlanır.

Maddə 34
1. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi 23-cü Maddədə qeyd edilən dövlətləri, həmçinin Birləşmiş Millətlər Təşkilatının üzvü olan hər bir dövləti, Beynəlxalq əmək Bürosunun Baş Direktorunu, Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə Baş Direktorunu, Ədəbi və bədii əsərlərin qorunması haqqında Beynəlxalq ittifaqın Bürosunun Direktorunu Konfransda iştirak etmək üçün xəbərdar edir:

(a) ratifikasiya fərmanlarının, qəbul edilmək haqqında sənədlərin və ya qoşulmaq barədə aktların saxlanılmağa verilməsi haqqında;

(b) bu Konvensiyanın qüvvəyə minmə tarixi haqqında;

(c) bu Konvensiya ilə nəzərdə tutulmuş hər hansı bildirişlər, bəyanatlar və ya məlumatlar barədə;

(d) 28-ci Maddənin 4 və 5-ci bəndlərində qeyd edilən vəziyyətlərin yaranması haqqında.

2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi həm Beynəlxalq əmək Bürosunun Baş Direktorunu, Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə Baş Direktorunu, Ədəbi və bədii əsərlərin qorunması haqqında Beynəlxalq ittifaqın Bürosunun Direktorunu ona 29-cu Maddəyə uyğun olaraq məlumat verilmiş xahişlər haqqında, həm də Razılaşan dövlətlərdən bu Konvensiyanın yenidən baxılmasına münasibətdə alınmış hər hansı digər məlumatlar barədə xəbərdar edir.

Bu Konvensiyanın təsdiqi üçün onu lazımi qaydada səlahiyyəti olanlar imzalamışlar.

İyirmi altı oktyabr 1961-ci ildə bir nüsxədə ingilis, fransız və ispan dillərində Roma  şəhərində imzalanıb.  Birləşmiş Millətlər Təşkilatının Baş Katibi  lazımi qaydada təsdiq edilmiş əsl surətləri Konfransda iştirak etmək üçün dəvət olunmuş 23-cü Maddədə qeyd edilən bütün dövlətlərə və Birləşmiş Millətlər Təşkilatının hər bir üzv dövlətinə, həmçinin Beynəlxalq əmək Bürosunun Baş Direktoruna, Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə Baş Direktoruna, Ədəbi və bədii əsərlərin qorunması haqqında Beynəlxalq ittifaqın Bürosunun Direktoruna göndərir.