Kinorejissorlar Gildiyasın üzvü hansı hüquqları əldə edir?
Kinorejissorlar Gildiyasın üzvü hansı hüquqları əldə edir?
"Gildiya" üzvlərinin hüquqları:
- "Gildiya"nın bütün rəhbər və nəzarət orqanlarına seçmək və seçilmək;
- öz hüquqlarının və maraqlarının müdafiəsi üçün "Gildiya"ya müraciət etmək;
- yaradıjılığına, müəllif hüquqlarına və professionallığın şərəf və ləyaqətinə qəsd edildiyi hallarda, "Gildiya"nın müdafiəsindən istifadə etmək;
- "Gildiya"nın nizamnamə fəaliyyəti və strukturunda olan qurumlar haqqında hər-hansı bir mə'lumat almaq;
- bilavasitə ona aid olan məsələlərin həlli zamanı, "Gildiya"nın rəhbər orqanlarının iclaslarında iştirak etmək;
- "Gildiya"nın, onun idarə və təşkilatlarının kinoistehsalatı ilə bağlı və digər sifarişlərin həyata keçirilməsində iştirak etmək;
- "Gildiya" Bürosunun təsdiq etdiyi əsasnaməyə uyğun olaraq, "Gildiya"nın bütün fondlarından və mülkiyyətindən istifadə etmək;
- "Gildiya" Bürosunun, o cümlədən onun hər bir üzvünün, qəbul etdiyi qərarların və ya fəaliyyətlərinin təzədən baxılması üçün məsələ qaldırmaq;
- "Gildiya"nın fəaliyyətinin yaxşılaşdırılması üzrə təkliflər vermək;
- öz arzusu ilə "Gildiya" üzvlüyündən çıxmaq;
(Gildiyanın Nizamnaməsindən çıxarış)