Müəlliflərlə və prodüsser arasında bağlanan müqavilələrin təsdiqi
Büronun 01 sentyabr 2000-ci il tarixində keçirilmiş
iclasında qəbul olunmuş Qərar:
"Audiovizual əsərin yaradılması və istifadəsi üzrə recissorla müəllif müqaviləsi" layihəsi müzakirə olunaraq Gildiya Bürosu qərara alıb: "Audiovizual əsərin yaradılması və istifadəsi üzrə recissorla müəllif müqaviləsi" layihəsi, göstərilən rəy və təkliflər nəzərə alınmaqla qəbul olunsun və Gildiya üzvlərinə, audiovizual əsərin yaradılması və istifadəsi zamanı sahibkarlarla və ya prodüserlərlə bağlanılan müqavilələrdə, nümunə kimi rəhbər tutmağı tövsiyə olunsun. (Müqavilənin layihəsi 10.10.2000-ci il tarixində "Müəllif hüquqları Agentliyinə" rəy üçün göndərilib)
Bu saytda təqdim olunan müqavilələrin nümunələri təsdiq olunmuş müqavilə layihəsi əsasında tərtib olunub.