Elxan Qasımov
Elxan Qasımov
kinorejissor
(24.04.1945)
Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. 1962-1966-cı illərdə M.A.Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1973-1978-ci illərdə Leninqrad DTMKİ-nin rejissorluq fakültəsində təhsil alıb. Aktyor kimi ilk rolu "Əhməd hardadır?" filmində Əhməd roludur. 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir neçə filmin və "Mozalan" kinojurnalının süjetlərinin rejissorudur.
Filmoqrafiya:
1975 - "Nizami Gəncəvi" - (sənədli) rejissor
1979 - "Uçurum üzərində cığır" - (sənədli) rejissor
1981 - "Böyük anda sadiqik" - (sənədli) rejissor
1981 - "Ürək yaddaşı" - (sənədli) rejissor
1982 - "Qocalar, qocalar..." - quruluşçu rejissor
1984 - "Köhnə bərə" - quruluşçu rejissor
2007 - "Biz qayıdacağıq" - quruluşçu rejissor
Kontakt: tel. 012 431 43 99 Mobil: 050 312 18 87
Ünvan: AZ1012, Bakı ş., Tbilisi pr. ev 75, mənzil 11.