Muxtar Dadaşov
Muxtar Dadaşov
Rejissor, ssenarist, operator, aktyor
(1913-1998)
Muxtar Dadaşov 11 sentyabr 1913 cü ildə anadan olmuşdur. Onun sənədli filmləri Azərbaycan kinosu tarixində əhəmiyyətli yer tutur. Əksər filmlərdə ssenari müəllifi kimi çıxış edir. "Sovet Azərbaycanı" sənədli filmi Kannda keçirilən beynəlxalq kinofestivalda xüsusi mükafata layiq görülüb. Müharibə dövrünün kinoxronikasının yaradılmasında xüsusi xidmətləri olub. 1943-cü ildə hitlerçilərin cinayətlərini tədqiq edən komissiyanın sərəncamına göndərilir. Köməkçisi İsmayıl Əfəndiyev ilə birgə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə alıblar. Sonralar həmin kadrlar Nürnberq məhkəməsi prosesində sübut kimi nümayiş etdirilmişdir.
Filmoqrafiya:
1949 - "25 il Leninsiz" - (sənədli film) - operator
1958 - "Ağ qızıl" ustaları"
1948 - "Axşam konserti"
1943 - "Almanların Şimali Qafqazda vəhşilikləri"
1947 - "Arazın o tayında"
1953 - "Arazın sahillərində"
1945 - "Arşın mal alan"
1965 - "Arşın mal alan"
1996 - "Azərbaycan kinosu - 80"
1976 - "Azərbaycan kinosunun 60 illiyi"
1948 - "Azərbaycan qurur"
1944 - "Bakı döyüşür"
1940 - "Bakı hazırdır"
1985 - "Bakı - 42"
1939 - "Bakıda Beynəlxalq Gənclər gününün 25 illiyi"
1974 - "Bakıda küləklər əsir"
1942 - "Bəxtiyar"
1959 - "Bizim Azərbaycan"
1960 - "Doğma torpaq, Azərbaycan"
1954 - "Həyata keçmiş arzular"
1932 - "İyirminci bahar"
1939 - "Kəndlilər"
1933 - "Köçərilər"
1963 - "Kür"
1968 - "Qanun naminə"
1945 - "Qələbə bayramı"
1933 - "Lökbatan"
1933 - "Neft simfoniyası"
1966 - "Nəriman Nərimanov"
1962 - "Sabir"
1956 - "Səadət yolu ilə"
1970 - "Sovet Azərbaycanının 50 illiyi"
1943 - "Sualtı qayıq "T-9"
1941 - "Vətən oğlu"
1940 - "Yeni horizont"
1944 - "Zaqafqaziya Müsəlmanları Rühanilərinin Qurultayı"
Hüquqvarisi: oğlu Tofiq Dadaşov Mobil: 050 331 50 95
Ünvan: