2020 

 

Xoş arzularla yubilyarları

TƏBRİK EDİRİK!

 

 85 illik yubileyi ilə:  

Rejissor
Ziyafət Abbasov
29.09.1935 

80 illik yubileyi ilə: 

Bəstəkar
Ruhəngiz Qasımova
12.07.1940
 

80 illik yubileyi ilə: 

Rejissor
Vasif Babayev
16.09.1940
 

  75 illik yubileyi ilə:  

Rejissor
Elxan Qasımov
24.04.1945
 

 75 illik yubileyi ilə:  

 
Rejissor
Hüseyn Mehdiyev
19.03.1945

75 illik yubileyi ilə: 

  
Rejissor
Məhərrəm Bədirzadə
13.01.1945

 70 illik yubileyi ilə: 

  

Bəstəkar
Cavanşir Quıliyev
22.11.1950

65 illik yubileyi ilə:

  
Rəssam
Əziz Məmmədov
12.02.1955

65 illik yubileyi ilə: 

Rejissor, operator
İsrafil Ağazadə
26.03.1955 

60 illik yubileyi ilə: 

Rejissor, Ssenarist
Ayaz Salayev
01.08.1960 

 60 illik yubileyi ilə: 

Rejissor
Rüfət Əsədov
30.08.1960 

60 illik yubileyi ilə:  

Rejissor
Şamil Əliyev
26.06.1960

 

60 illik yubileyi ilə:  

Rejissor, ssenarist, rəssam
Şamil Nəcəfzadə
13.11.1960

55 illik yubileyi ilə:

Rejissor
Çingiz Həsənov
21.04.1965

45 illik yubileyi ilə: 

Operator
Elşən Əliyev
31.07.1975

45 illik yubileyi ilə: 

Rejissor
Elşən Zeynallı
19.01.1975

45 illik yubileyi ilə: 

Rejissor
İlqar Nəcəf
02.03.1975

45 illik yubileyi ilə: 

Rejissor
Tahir Əliyev 
28.04.1975

  

 

 

   YADDAŞIMIZ! 

  
 
Operator 
Əsgər İsmayılov
 
 
1905
 
115  
  

Rejissor
Hüseyn Seyidzadə
   
   
1910 

 110  


 
 Rejissor
Adil İskəndərov
 

     
              
1910
 
 
 
 
 
 
 
 
 
110   

Rejissor 
Həsən Seyidbəyli
 
 
1920
     100
   
 
 

 
Rejissor 
Lətif Səfərov
 
 
1920
     100
    
  
 

 
Operator 
Teyyub Axundov
 
 
1920
     100
    
  
 

Rejissor 
Maqsud İbrahimbəyov
 
 
1935
  85
 
 

 
Bəstəkar 
Xəyyam Mirzəzadə
 
 
1935
     85
    
  
 

Rejissor 
Davud İmanov
 
 
1945
     75
    
 
 

 
Operator, Rejisor 
Valeri Kərimov
 
 
1945
     75
    
  
 

Rejissor, ssenarist 
Nicat Feyzullayev
 
 
1945
     75
    
  
 

Rejissor   
 
Nazim Məmmədov
 
 
1960
     60
    
  
Doqquz filmin doqquz möcüzəsi

"Azadlıq" qəzeti  -  11.03.2012                                                                           
Kinomuzun ustad imzası - Arif Babayev

Azərbaycan kinosunun parlaq simalarından biri, ən gözəl milli filmlərimizin müəllifi Arif Babayev. Kino sənətimizdə silinməz iz qoyan, xüsusi imzası olan bir sənətkar. Onun quruluş verdiyi filmlər hər birimizin dönə-dönə seyr etdiyimiz sənət inciləridir - “Insan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Alma almaya bənzər”, “Arxadan vurulan zərbə”....
Onun yaradıcılığı Azərbaycan kinosunun ən məhsuldar mərhələlərindən biri sayılır. Yeni nəfəs, yeni ruh və rəngli obrazlarla yadda qalıb onun yaradıcılıq işləri. Hər birində fərqli bir tapıntı, böyük bir ustalıq, bir professionallıq... Ilk baxışdan böyük tamaşaçı auditoriyası toplayan, ürəklərə yol tapan filmlər qısa zamanda bütün sovetlər məkanında məşhurlaşdı. Həmin filmlər o gündən bu günə eyni zövqlə, eyni maraqla izlənir, baxılır və nə tərvatəni, nə də aktuallığını itirir...
Içərişəhərdə, Şirvanşahlar sarayının yaxınlığındakı məhəllədə doğulan(1928) Arif Babayev sonra, 60-cı illərdə o məhəlləyə rejissor kimi, film çəkmək üçün qayıtmışdı. Sənətə böyük sevgiylə bağlanaraq Teatr Texnikumuna daxil olmuş, sonra peşəkar səhnəyə çıxmışdı. Böyük sənətkar Ağadadaş Qurbanovun quruluş verdiyi “Ibrət” tamaşasında epizodik bir rol aldı. Sonra Moskvada təhsil alan ilk milli teatr rejissorlarımızdan Ağaəli Dadaşov ona kiçik rollar verdi, beləliklə, A.Babayev “Məlikməmməd”, “Qaraca qız” tamaşalarında epizodik rollar oynadı.
M.A.Əliyev adına Azərbaycan Dövlət Incəsənət Institutunun rejissorluq fakültəsində(1947-1953) təhsil aldığı illər ona böyük təcrübə qazandırdı. Məşhur aktyor və rejissor Mehdi Məmmədovun kursunda təhsil aldı. 1953-cü ildə institutu bitirdikdən sonra Naxçıvan teatrına göndərdilər. Istedadlı rejissor həmin teatrın səhnəsində Qoqolun “Evlənmə” pyesini səhnəyə qoydu. Müəyyən müddətdən sonra Bakıya - Gənc Tamaşaçılar Teatrına qayıtdı.
Sənətkar 1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində, 1968-ci ildən “Azərbaycanfilm” kinostudiyasında bir neçə bədii filmə həyat verdi.
Kinoşünasların sözlərinə görə, Moskvada ali kinorejissor təhsili aldığını sübut edən diplom alanlar film çəkmək üçün illərlə növbə gözləyirdi. Amma Arif Babayev üçün hər iki-üç ildən problemsiz imkan yaranırdı. Ondan ali kinorejissorluq təhsili barədə sənəd tələb etməyə heç kəs ehtiyac duymurdu.
O, yaradıcılığı boyunca cəmi 9 film çəkdi-hər biri ilə milli kinomuza imza qoyan, möhür vuran 9 film. “Zirvə” adlı qısametrajlı bədii filmi Arif Babayevin kinoda ilk addımı idi. “Zirvə”nin arxasında sözün əsl mənasında onu zirvələrə daşıyacaq gözəl filmlər gələcəkdi.
“Gün keçdi” filminin tarixçəsi
“Arif müəllim məni ”Gün keçdi" filmində Əsmər roluna çəkmək istəyirdi. Anar müəllim isə ssenarini Şəfiqə Məmmədova üçün yazdığından mübahisə yaranmışdı. Məsələ Mərkəzi Komitəyə qədər gedib çıxdı. Sonunda Leyla Şıxlinskaya həmin rola çəkildi. Amma Arifin ürəyi məndə olduğu üçün Əsmərin səsləndirilməsini mənə tapşırdı"(Amalya Pənahova, xalq artisti).
Kino mütəxəssisləri bu lirik kinopovesti “iki aktyorla rejissor işi” adlandırıblar. Film yazıçı Anarın “Gürcü familiyası” hekayəsi əsasında ekranlaşdırılmış, sonralar yazıçı bu hekayə əsasında “Gün keçdi” ssenarisini yazmışdır.
Çəkilişlər zamanı “Gün keçdi”nin ssenarisi olduğu kimi lentə alınmayıb. Belə ki, ssenarinin sonluğunu Həsən Məmmədov qəbul etməmiş və nəticədə müəlliflər ssenariyə dəyişiklik etmək məcburiyyətində qalmışlar. Həsən Məmmədovun dediklərindən: “Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü bizim adət-ənənəmizə uyğun olmayan bir səpkidə olmalı idi. Yəni, ifadəmə görə üzr istəyirəm, ssenariyə əsasən Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət macəralarını özündə əks etdirən kadr olmalı idi. Mən həmin kadra qəti surətdə etirazımı bildirdim və xəbərdarlıq etdim ki, əks halda çəkilişdən imtina edəcəyəm. Doğrusu, mənim sözüm eşidildi və ssenari adi sonluqla başa çatdı... Filmin gözəlliyi onda oldu ki, məhəbbətin, gənclik illərinin saflığı qorunub saxlanılmaqla lentə alındı və tamaşaçı auditoriyasına təqdim olundu...”.
“Arif Babayev haqqındakı çıxışların və yazılmış məqalələrin əksəriyyətində onu Səttar Bəhlulzadə ilə müqayisə edir, hər ikisinin şəxsi həyatlarının olmadığını, onu yalnız sənətə qurban verdiklərini vurğulayırlar. Ancaq fikirləşəndə görürsən ki, təbiətin öz qanunauyğunluqları var. Nəsil artırmaq üçün tut yarpaqlarını ipək saplara çevirib özlərinə mənzil-məzar toxuyan barama qurdlarının yüzdə biri bu işlə məşğul olmayıb, sadəcə, hazır baramaların üzərini naxışlamaqla dünyanı gözəlləşdirirlər” (Aydın Dadaşov, professor).
“Arxadan vurulan zərbə” və filmin sonu...
Elçinin “Ox kimi bıçaq” povesti əsasında çəkilən “Arxadan vurulan zərbə” filmi də rejissorun yaradıcılığında önəmli yer tutur.
“Hər filmdə olduğu kimi ”Arxadan vurulan zərbə"də də çətin anlar, çətin dəqiqələr olurdu. Hətta həmin çətinliklər son məqamda faciə ilə də nəticələnə bilərdi. Belə bir faciəli anı Rafiq Əzimov da yaşayıb. “Bıçaq atılan kadrda faciəli bir variant əmələ gəlmişdi. Belə ki, həmin kadrda mənim arxamca atılan bıçağı mən görmürdüm. Sadəcə olaraq bıçaq arxadan atılan zaman rejissor mənə ”əyil" komandası verirdi və mən də tez əyilirdim. Filmdə bıçağı sərrastcasına atan sirk artisti idi. Və çəkiliş vaxtı birinci komanda bıçağı atan sirk artistinə verilirdi, ikinci, “əyil” komandası isə mənə verilirdi. Həmin kadr iki dubl çəkildi. Üçüncü dublun daha da effektli alınması üçün rejissor mənə “əyil” komandasını bir az gec verdi. Və rejissorun gec “əyil” komandası verməsi az qala bıçağın mənim düz başımdan sancılmasına səbəb olacaqdı. Təsəvvür edin ki, mən düz yolumla gedirəm və baş verəcəklərdən də heç bir xəbərim yoxdur. Ona görə ki, mənə arxaya baxmağa icazə verilmirdi. Elə həmin kadrda yaradacı heyətin həyəcanla ayağa qalxaraq mənə vahimə ilə baxmasının şahidi oldum, onda başa düşdüm ki, nələr baş verib. Xoşbəxtlikdən heç bir zədə almadım. Sən demə, bıçaq düz saçımın üstündən keçibmiş. Sonra yaradıcı heyət məni əhatəyə alaraq diqqətlə başımı yoxladılar ki, görsünlər, zədə almışam, yoxsa, yox" (Rasim Balayevlə müsahibədən, Ulduzə Qaraqızı).
Onunla işləyən şəxslər danışırdı ki, o, dəblə geyinməyi çox sevən insanlardandı. “Paltarların, ayaqqabıların köhnələndə təzələmək həvəsin qalmayıbsa, demək, ölüm sənə yaxınlaşıb”-deyirdi Arif Babayev. Böyük sənətkar 1983-cü il avqustun 26-da Bakıda vəfat etdi. Bir çox planları, arzuları yarımçıq qaldı. Daha böyük işlər görmək, daha rəngli filmlər yaratmaq istəyirdi. Amma əcəl aman vermədi. Ömrünün 54-cü ilində həyata vida etdi. Onun ölümü kino sənəti üçün, dostları və filmlərinin çoxmilyonlu seyrçiləri üçün böyük itki idi. Aylar keçəcək, illər ötəcək, amma onun yoxluğunu kimsə əvəz etməyəcək, boşluğunu doldurmayacaq-dostlarının dediyi kimi...
“Arifin vaxtsız itkisi mənim sənət dünyamda bir boşluq yaratdı. Arif bəy mənim xatirələrimdə musiqiyə ruh verən, onu görümlü edən bir sənətkar kimi qalıb. Klip çəkdirməklə aram yoxdu, ”Gün keçdi" yaradıcılığımı əks etdirən bir klipdi"(Flora Kərimova, xalq artisti).
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir