2020 

 

Xoş arzularla yubilyarları

TƏBRİK EDİRİK!

 

 85 illik yubileyi ilə:  

Rejissor
Ziyafət Abbasov
29.09.1935 

80 illik yubileyi ilə: 

Bəstəkar
Ruhəngiz Qasımova
12.07.1940
 

80 illik yubileyi ilə: 

Rejissor
Vasif Babayev
16.09.1940
 

  75 illik yubileyi ilə:  

Rejissor
Elxan Qasımov
24.04.1945
 

 75 illik yubileyi ilə:  

 
Rejissor
Hüseyn Mehdiyev
19.03.1945

75 illik yubileyi ilə: 

  
Rejissor
Məhərrəm Bədirzadə
13.01.1945

 70 illik yubileyi ilə: 

  

Bəstəkar
Cavanşir Quıliyev
22.11.1950

65 illik yubileyi ilə:

  
Rəssam
Əziz Məmmədov
12.02.1955

65 illik yubileyi ilə: 

Rejissor, operator
İsrafil Ağazadə
26.03.1955 

60 illik yubileyi ilə: 

Rejissor, Ssenarist
Ayaz Salayev
01.08.1960 

 60 illik yubileyi ilə: 

Rejissor
Rüfət Əsədov
30.08.1960 

60 illik yubileyi ilə:  

Rejissor
Şamil Əliyev
26.06.1960

 

60 illik yubileyi ilə:  

Rejissor, ssenarist, rəssam
Şamil Nəcəfzadə
13.11.1960

55 illik yubileyi ilə:

Rejissor
Çingiz Həsənov
21.04.1965

45 illik yubileyi ilə: 

Operator
Elşən Əliyev
31.07.1975

45 illik yubileyi ilə: 

Rejissor
Elşən Zeynallı
19.01.1975

45 illik yubileyi ilə: 

Rejissor
İlqar Nəcəf
02.03.1975

45 illik yubileyi ilə: 

Rejissor
Tahir Əliyev 
28.04.1975

  

 

 

   YADDAŞIMIZ! 

  
 
Operator 
Əsgər İsmayılov
 
 
1905
 
115  
  

Rejissor
Hüseyn Seyidzadə
   
   
1910 

 110  


 
 Rejissor
Adil İskəndərov
 

     
              
1910
 
 
 
 
 
 
 
 
 
110   

Rejissor 
Həsən Seyidbəyli
 
 
1920
     100
   
 
 

 
Rejissor 
Lətif Səfərov
 
 
1920
     100
    
  
 

 
Operator 
Teyyub Axundov
 
 
1920
     100
    
  
 

Rejissor 
Maqsud İbrahimbəyov
 
 
1935
  85
 
 

 
Bəstəkar 
Xəyyam Mirzəzadə
 
 
1935
     85
    
  
 

Rejissor 
Davud İmanov
 
 
1945
     75
    
 
 

 
Operator, Rejisor 
Valeri Kərimov
 
 
1945
     75
    
  
 

Rejissor, ssenarist 
Nicat Feyzullayev
 
 
1945
     75
    
  
 

Rejissor   
 
Nazim Məmmədov
 
 
1960
     60
    
  
Kütləvi informasiya vasitiləri haqqında» - Azərbaycan Respublikasının 08.02.2000-ci il tarixli Qanunu

Maddə 28. İstinad məlumatı
Mətbu nəşrin hər buraxılışında bu məlumatlar olmalıdır:

nəşrin adı;

təsisçi (həmtəsisçi) barədə məlumat;

 baş redaktorun (redaktorun) soyadı və adı;

sıra sayı və çapdan çıxdığı tarix, çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və faktiki vaxt);

rabitə idarələri vasitəsilə yayılan nəşrlərin indeksi;

 tiraj;

qiymət (nəşr kommersiya qaydasında yayılırsa), yaxud «Sərbəst qiymət» və ya «Pulsuz» qeydləri;

redaksiyanın və dövri nəşrin çap olunduğu mətbəənin ünvanları.

İstinad məlumatının göstərildiyi kütləvi informasiya vasitələri məhsullarının çapı və yayılması qadağan edilir.

Maddə 29. Məcburi nüsxələr
Dövri mətbu nəşrlərin pulsuz məcburi nüsxələri, tirajın ilk buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən təsisçiyə, dövlət arxivinə, Milli Kitabxanaya, Kitab Palatasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına göndərilir.

Maddə 30. Dövlət qeydiyyatına alınmadan yayılan mətbu nəşrlər
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 31. Rəsmi məlumatların yayılması
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 32. Redaksiya materiallarının saxlanması
Mətbu nəşr redaksiyalarının materialları (əlyazmaları, məktubları, lent yazıları və s.) bir il müdətində saxlanılır.

Materialların saxlanma qaydaları mətbu nəşr redaksiyaları tərəfindən müəyyənləşdirilir.

V Fəsil Televiziya və radio (teleradio) fəaliyyətinin hüquqi əsasları

(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

VI Fəsil İnformasiyaya düzəliş, təkzib və cavab verilməsi

Maddə 44. Təkzib, düzəliş və cavab vermək hüququ
Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakteri məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.

Şikayətçi müraciət edərkən, yaxud məhkəmə qərar çıxararkən kütləvi informasiya vasitəsi müvəqqəti olaraq dayandırılmışsa və ya onun istehsalına (yayımına) xitam verilmişsə, təkzib, cavab və ya düzəliş cavabdehin vəsaiti hesabına iddiaçının istədiyi kütləvi informasiya vasitələrindən birində dərc oluna (efirə verilə) bilər.

Maddə 45. Təkzib, cavab və düzəliş verilməsi qaydası
Təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib bir qayda olaraq məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və «Təkzib» başlığı altında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və düzəlişi dərc etməlidirlər.

Təkzib, cavab və ya düzəliş radio və televiziya ilə, tələbin alındığı gündən sonrakı müvafiq verilişdə oxunur. Bu tələbi etmiş fiziki şəxsin özünə və ya nümayəndəsinə, hüquqi şəxsin rəhbərinə və ya onun səlahiyyətli nümayəndəsinə efirdə (ekranda) cavabla çıxış etmək imkanı verilə bilər.

Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır.

Cavab dərc olunan (efirə gedən) buraxılışda həmin cavabı şərh etməyə və ya təkzib etməyə yol verilmir. Cavaba cavab kütləvi informasiya vasitəsinin sonrakı buraxılışlarında yerləşdirilə bilər.

Təkzib, cavab və ya düzəliş rədd edildikdə bu barədə tələb etmiş şəxsə 3 gün müddətində əsaslaşdırılmış məlumat verilməlidir.

Təkzibdən imtina üçün aşağıdakılar əsas ola bilər:

məhkəmənin qanuni güvvəyə minmiş qərarına ziddirsə;

imzasızdırsa;

həmin məlumat və ya material barədə kütləvi informasiya vasitəsində artıq təkzib getmişdirsə;

təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çoxdursa;

məlumatın və ya materialın kütləvi informasiya vasitəsində yayılmasından bir aydan çox müddət keçmişdirsə (vətəndaşın rəsmi sənədlərlə təsdiq olunan xəstəlik, məzuniyyət və ezamiyyət müddətləri istisna olmaqla).

VII Fəsil Jurnalistin statusu və akkreditəsi

Maddə 46. Jurnalistin hüquqları
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 47. Jurnalistin vəzifələri
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 48. Gizli lent yazıları
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 49. Jurnalist statusu
Jurnalistin bu Qanunla müəyyən edilmiş statusu aşağıdakılara şamil edilir:

1) kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirlərinə;

2) kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirlərinə.

Maddə 50. Jurnalistin akkreditəsi (qeydə alınması)
Kütləvi informasiya vasitələri dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin razılığı ilə və müəyyən etdikləri akkreditə qaydalarına əməl etməklə onların nəzdində öz jurnalistlərini akkreditə etdirə bilərlər.

Həmin orqanlar akkreditə olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə qabaqcadan məlumat verir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradırlar.

Jurnalist və ya redaksiya tərəfindən akkreditə qaydaları pozulmuşdursa, yaxud akkreditə etmiş təşkilatın şərəf və ləyaqətini ləkələyən, yaxud təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayılmışdırsa və bu, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunmuşdursa, həmin təşkilat jurnalisti akkreditədən məhrum edə bilər.

Kütləvi informasiya vasitələri redaksiyalarının xüsusi müxbirlərinin akkreditəsi də bu maddənin tələblərinə müvafiq olaraq həyata keçirilir.

VIII Fəsil Kütləvi informasiya sahəsində beynəlxalq əməkdaşlıq

Maddə 51. Beynəlxalq əməkdaşlıq

Kütləvi informasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir.

Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri, peşəkar jurnalist təşkilatları əcnəbilər və xarici təşkilatlarla beynəlxalq əməkdaşlıqda iştirak edə və bu məqsədlə sazişlər bağlaya bilərlər.

Maddə 52. Xarici mənbələrdən alınan informasiyanın yayılması
Azərbaycan Respublikası vətəndaşlarının xarici mənbələrdən, o cümlədən kütləvi informasiya vasitələrindən birbaşa məlumat əldə etmək hüququ var.

Bilavasitə televiziya proqramlarının qəbul olunmasının məhdudlaşdırılmasına Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir.

Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrin yayılma qaydası Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilədə müəyyən edilməmişdirsə, onun yayılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur.

Maddə 53. Xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici müxbirlərin və xarici kütləvi informasiya vasitələrinin digər nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq dövlətlərarası müqavilələrlə tənzim edilir.

Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin nümayəndəlikləri, dövlətlərarası müqavilələrdə ayrı qayda müəyyənləşdirilməmişdirsə, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə açılır.

Xarici müxbirlərin Azərbaycan Respublikasında akkreditəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 50-ci maddəsinə müvafiq olaraq həyata keçirilir.

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici müxbirlərə jurnalistin bu Qanunla müəyyən edilmiş statusu şamil edilir.

Azərbaycan Respublikasında müəyyən edilmiş qaydada akkreditə olunmamış əcnəbi müxbirlər xarici hüquqi şəxslərin nümayəndəliklərinə şamil edilən hüquqlardan istifadə edir və vəzifələr daşıyırlar.

Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin müxbirlərinin peşə fəaliyyətini həyata keçirmək üçün öz ərazisində xüsusi məhdudiyyətlər qoymuş dövlətin kütləvi informasiya vasitəsi müxbirinə münasibətə cavab olaraq eyni məhdudiyyətlər qoyula bilər.

IX Fəsil  Kütləvi informasiya vasitələrinin iqtisidi əsasları
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır )

X Fəsil Bu qanunun pozulmasına görə məsuliyyət

Maddə 58. Məsuliyyətin şamil edildiyi subyektlər
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 59. Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət
Kütləvi informasiya vasitələrinin təsisçilərinin, naşirlərinin, redaksiyalarının (məsul redaktorlarının), yayıcılarının və jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər və ya vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən:

senzura tətbiq etmək;

peşə müstəqilliyini pozmaq;

tirajı və ya onun bir hissəsini qeyri-qanuni müsadirə etmək, yaxud məhv etmək;

jurnalisti informasiyanı yaymağa və ya informasiyanı çap etdirməkdən (efirə verməkdən) imtinaya məcbur etmək;

jurnalistə informasiya verilməsi üzərinə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan məlumatlar istisna olmaqla, məhdudiyyətlər qoymaq və ya informasiya verməkdək imtina etmək;

jurnalist sorğusuna Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə cavab verməmək;

habelə jurnalistin bu Qanunla müəyyənləşdirilmiş digər hüquqlarını pozmaq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyətə səbəb ola bilər.

Maddə 60. Kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadəyə görə məsuliyyət

Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər):

1) açıqlanması qanunla qadağan edilən məlumatları açıqladıqda;

2) baş redaktor (redaktor) mətbu nəşrdə çap olunan materialların bu Qanunun tələblərinə uyğun hazırlanmasına nəzarət etmədikdə;

3) bu Qanunda göstərilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaydıqda;

4) vətəndaşların şəxsi həyatına qəsd etdikdə;

5) pornoqrafik materialları dərc etdikdə və ya verdikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.

Maddə 61. Kütləvi informasiya vasitələri haqqında qanunun digər pozulma hallarına görə məsuliyyət

Kütləvi informasiya vasitələri haqqında qanunun müddəaları aşağıdakı hallarda pozulursa:

1) təkzib, düzəliş və cavabdan əsassız olaraq imtina edildikdə, məhkəmənin qanuni güvvəyə minmiş qərar və qətnaməsinə əməl etmədikdə - redaksiya (məsul redaktor);

2) bu Qanunun 9-cu, 11-ci, 13-ci, 21-ci və 28-ci maddələrinin tələblərini yerinə yetirmədikdə - təsisçi, redaksiya, naşir və yayıcı;

3) çap məhsulunun qanuni əsaslarla yayılmasına mane olduqda, dövri mətbu nəşrin tirajının pərakəndə satışına qeyri-qanuni məhdudiyyətlər qoyduqda - dövlət orqanları, idarə, müəssisə və təşkilatlar;

4) xarici ölkələrin dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində istehsal olunan (yayımlanan) kütləvi informasiya vasitələrini qanunazidd şəkildə maliyyələşdirmələrinə yol verdiklərinə görə - təsisçi və baş redaktor (redaktor);

5) istehsalın və yayımın dayandırılması və ya ona xitam verilməsi barədə məhkəmə qətnaməsindən sonra redaksiya və nəşriyyat kütləvi informasiya vasitəsinin məhsulunu qeyri-qanuni hazırladıqda və yaydıqda - naşir, yayıcı və redaksiya (redaktor, baş redaktor) Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.

Maddə 62. Məsuliyyətdən azadedilmə halları
Kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat:

1) rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;

2) informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat xidmətlərindən alınmışdırsa;

3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa;

4) Milli Məclis deputatlarının, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə, təşkilat və ictimai birliklərin nümayəndələrinin, habelə siyasi xadimlərin və vəzifəli şəxslərin rəsmi çıxarışlarında olduğu kimi təkrar edilmişdirsə;

5) canlı yayımla efirə gedən çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə getmişdirsə, redaksiya (məsul redaktor), eləcədə jurnalist buna görə məsuliyyət daşımır.

 

1 2