avtobioqrafiya
İsi Məlikzadə
ssenarist, yazıçı
(1934-1995)
İsi Abbas oğlu Məlikzadə 1934-cü il mayın 1-də Ağcabədi rayonunda anadan olmuşdur. Burada Xalfərəddin orta məktəbini bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun neft-kimya fakültəsində təhsil almışdır. 1974-1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü, 1981-1983-cü illərdə "Mozalan" satirik kinojurnalında böyük redaktor, 1983-1985-ci illərdə isə "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifələrində çalışmışdır. İsi Məlikzadə 1995-ci il dekabrın 5-də vəfat etmişdir.
Filmoqrafiya:
1972 - "Ömrün səhifələri" - (sənədli) ssenari müəllifi
1978 - "Evin kişisi" - ssenari müəllifi
1983 - "Evlənmək istəyirəm" - ssenari müəllifi
1984 - "Gümüşgöl əfsanəsi" - ssenari müəllifi
1984 - "Qoca palıdın nağılı" - ssenari müəllifi
1987 - "Oktyabr və Azərbaycan" - (sənədli) ssenari müəllifi
1987 - "Kişi sözü" - ssenari müəllifi
1990 - "Güzgü" - ssenari müəllifi
1991 - "Pəncərə" - ssenari müəllifi
1995 - "Ağ atlı oğlan" - ssenari müəllifi
1996 - "Vətən mənə oğul desə" - (sənədli) ssenari müəllifi
2002 - "Hacı Qara" - ssenari müəllifi
2003 - "Güllələnmə təxirə salınır" - ssenari müəllifi
2004 - "Küçələrə su səpmişəm" - ssenari müəllifi
2006 - "Hərənin öz payı+tayı" - ssenari müəllifi
Kontakt: tel. Mobil:
Ünvan: